İdman

"Barselona" 38 yaşlı futbolçuya 100 milyon avro qiymət qoydu

18 Noyabr 2021 19:06
0 Şərh     Baxış: 1 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" yeni transferi Dani Alvesə qiymət qoyub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçinin Kataloniya təmsilçisi ilə imzaladığı müqavilədə onun təzminat qiyməti 100 milyon avro təşkil edib. Beləliklə, braziliyalı oyunçunun almaq istəyən klub bu məbləği ödəməli olacaq.

Qeyd edək ki, "Barselona"ya azad agent kimi keçən Alves sabiq klubu ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb. O, Kataloniya təmsilçisi ilə matçlarda 2022-ci ilin yanvarından iştirak edə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.