İdman

Milli komandaların oyununda cadu iddiası

18 Noyabr 2021 08:23
0 Şərh     Baxış: 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində keçirilən Əlcəzair - Burkina Faso matçında maraqlı hadisə yaşanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Əlcəzair yığmasının rəsmiləri Burkina Faso tərəfinin matçın keçiriləcəyi stadiona cadu etdiyini iddia edib. Bu barədə "DzFoot" nəşrinin jurnalisti Valid Ziani məlumat yayıb.

Əlcəzair millisinin nümayəndələri stadiona imam çağırıb və cadunu pozmaq üçün dua oxutdurub.

Qeyd edək ki, sözügedən qarşılaşma 2:2 hesabıyla başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.