İdman

“Səbail”in futbolçuları bu meydançada məşq etdikləri üçün qəhrəmandırlar"

7 Noyabr 2021 19:07
0 Şərh     Baxış: 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zəfər Günümüz mübarək olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bizi ağır oyun gözlədiyini bilirdik. "Səbail" öz meydanında məzmunlu futbol göstərən əzmkar komandadır".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"ə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

2:0 hesablı qələbəni şərh edən çalışdırıcı görüşün keçirildiyi "ASCO Arena"nın bərbad meydançasında gileylənib: "Futbolçuları ağır matça hazırlamışdıq. Onlar xarakter göstərdilər və layiqli qələbə qazandılar. Ötən il burada oynayandan sonra 2-3 futbolçumuzla bağlı sıxıntı yaşamışdıq. Lakin getdikcə meydanın vəziyyəti daha da bərbad duruma çatıb. Belə meydanda futbol oynamaq risklidir. "Səbail"in futbolçuları burada məşq etdikləri üçün qəhrəmandırlar. Burada oynamağa icazə verilirsə, Qəbələdə qar yağanda ev görüşlərini Hacıalıdakı meydanda keçirə biləcəyimizi düşünürəm. Hər rəqib çıxacaq və zədələnəcək, hər şey olacaq. Daha yaxşı olar ki, futbolçuları da düşünək. Kənardan hər şey yaxşı görünə bilər, amma əziyyət çəkən oyunçulardır. Emil Səfərov bir ildir bizimlədir. Gənc oyunçu hazır olsa da, yeri qazanmalıdır ki, daim meydana çıxsın. Emil yaydan sonra bizə yaxşı siqnallar verirdi. Gələcəkdə Azərbaycan futboluna onun timsalında yaxşı futbolçu bəxş edə bilərik. Qarşılaşmanın gedişində stress yaşayırıq. Etirazlarımız normal qarşılanmalıdır. Hakim ümumilikdə matçı normal idarə etdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.