İdman

Neymar 400-cü qolunu vurdu

7 Noyabr 2021 11:02
0 Şərh     Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar karyerasında 400-cu və 401-ci qoluna imza atıb.

Milli.Az report-a istinadla bildirir ki, 29 yaşlı hücumçu Fransa Liqa 1-in XIII turunda "Bordo"ya 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.

O, bütün turnirlərdə Paris təmsilçisində 90, ölkəsinin "Santos" klubunda 136, İspaniya "Barselona"sında 105 və Braziliya yığmasında 70 dəfə fərqlənib.

Neymar PSJ-nin tarixində bombardirlər siyahısında 8-ci pilləyə yüksəlib. O, komanda yoldaşı Anxel Di Mariyanı (89 qol) üstələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.