İdman

Makqreqorun məşqçisi polislərlə əlbəyaxa olub

8 Oktyabr 2021 11:42
0 Şərh     Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalmaqallı irlandiyalı döyüşçü Konor Makqreqorun moldovalı məşqçisi Sergey Pikulski Kişinyov hava limanında polislərlə əlbəyaxa olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, UFC ulduzunun məşqçisini sərxoş halda təyyarəyə buraxmaqdan imtina ediblər.

Sərhəd polisinin bu qərarı Sergey Pikulskini qəzəbləndirib və o, dava etməyə başlayıb.

İnsidentdən sonra məşqçi polis bölməsinə aparılıb və bir müddət sonra onu sərbəst buraxıblar.

Qeyd edək ki,  moldova əsilli Sergey Pikulski 2007-ci ildən K. Makqreqorun məşqçisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.