İdman

"Real" Mbappeni nə vaxt transfer edir? - Peres açıqladı

26 Sentyabr 2021 15:24
0 Şərh     Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın La Liqanın 7-ci turunda "Vilyarreal"la matçından (0:0) sonra maraqlı an yaşanıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Directo Gol" məlumat yayıb. Görüşün ardından klub prezidenti Florentino Peres komandanın azarkeşləri ilə söhbət edib. Bu zamanı azarkeşlərdən biri ona deyib: "Prezident, Kilian Mbappeni (PSJ-nin futbolçusu - red.) transfer edin".  Peres isə fanata belə cavab verib: "Gələn il". 

Qeyd edək ki, "Real" bir neçə dəfə Mbappe üçün PSJ-yə transfer təklifi göndərsə də, qarşı tərəf bunu qəbul etməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.