İdman

7 ildən sonra penalti qaytardı

19 Sentyabr 2021 23:27
0 Şərh     Baxış: 1 357

"Mançester Yunayted"in qapıçısı David de Xea uğursuz seriyaya son qoyub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ispaniyalı qolkiper uzun fasilədən sonra çempionat matçında penalti dəf edib.

Bu, "Vest Hem"lə V turun qarşılaşmasına təsadüf edib. De Xea sonuncu dəfə 2014-cü ilin oktyabrında penalti qaytara bilmişdi. 7 illik həsrətə son qoyan qapıçı bu müddətdə 21 zərbə qarşısında aciz qalıb.

Qeyd edək ki, mançesterlilər Londondakı qarşılaşmada 2:1 hesablı əzmkar qələbə qazanıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.