İdman

Samuel Eto prezident olmaq istəyir

5 Sentyabr 2021 20:49
0 Şərh     Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kamerun milli komandasının və "Barselona"nın sabiq futbolçusu Samuel Eto federasiya prezidenti olmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 40 yaşlı sabiq hücumçu Kamerun Futbol Federasiyasının prezidenti olmaq üçün namizədliyini irəli sürüb.
 
Lakin Etonun prezident olmasına ciddi bir maneə var. Belə ki, ikili vətəndaşlığı olan keçmiş futbolçunun prezident olması qaydalara ziddir. Eto həm Kamerun, həm də İspaniya vətəndaşıdır.

Qeyd edək ki, 1996-2014-cü illərdə Kamerun millisində çıxış edən Eto "Real", "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Sampdoriya" kimi klublarda da oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.