İdman

Canni de Byazinin Azərbaycan millisindən ayrılacağı vaxt bilindi

4 Sentyabr 2021 12:18
Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Canni de Byazi DÇ-2022-nin seçmə mərhələ oyunlarından sonra Azərbaycan millisini tərk edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki,bu barədə iddianı İrlandiya mətbuatı ortaya atıb.

Seçmə mərhələ çərçivəsində bu gün üz-üzə gələcəkləri Azərbaycan yığmasını dəyərləndirən irlandlar italiyalı mütəxəssisin bu ilin sonunda yola salınacağını yazıb. Buna səbəb kimi isə de Byazinin Albaniya yığmasından fərqli, Azərbaycan millisində uğursuzluğa düçar olması göstərilib: "İtaliyalı çalışdırıcı Albaniya xalqının ona bəxş etdiyi sevgini Azərbaycanda görmədən oranı tərk edəcək. Çünki artıq səbirləri tükənməkdədir".

Qeyd edək ki, seçmə mərhələnin ilk 3 oyunundan sonra xal üzünə həsrət qalan millimiz bu gün İrlandiya ilə səfərdə, sentyabrın 7-də isə Portuqaliya ilə evdə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.