İdman

Millimizin sabiq hücumçusu Belarus klubunda

30 Avqust 2021 01:01
0 Şərh     Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov özünə yeni klub tapıb. Milli.Az matc.az-a istinadən bildirir ki, 29 yaşlı forvard bundan sonra karyerasını Belarusda davam etdirəcək.

O, bu ölkənin "Slaviya" (Mozır) klubuna keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Ruslan yeni klubuna azad agent kimi qoşulub.
 
Qurbanov geridə qalan mövsümü "Zirə"də keçirib. O, daha öncə "Keşlə", "Səbail", "Qəbələ", "Sumqayıt" və "Neftçi"də də forma geyinib. Futbolun sirlərinə "Dinamo" (Stavropol) və "Rostov" klublarında yiyələnmiş Qurbanov, sonralar "Nika", "Taqanroq" və "Hayduk" (Split) kimi komandalarda da çıxış edib. Azərbaycan millisində 26 matça çıxmış forvard, cəmi 1 qolla yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory