İdman

"Mançester Siti"nin Ronalduya təklif etdiyi maaş açıqlandı

26 Avqust 2021 11:22
0 Şərh     Baxış: 1 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti" "Yuventus"un superulduzu Kriştianu Ronaldunu heyətinə qatmağa can atan yeganə klub olaraq qalır.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, italiyalı insayder Canluka Di Martsio şəxsi saytında portuqaliyalı hücumçuya 2 illik müqavilə təklif etməyə hazır olan "şəhərlilər"in ona ödəməyi planlaşdırdığı əməkhaqqının məbləğini də açıqlayıb.

Mənbə Mançester klubunun Ronalduya illik 15 milyon avro maaş verməyi hədəflədiyini vurğulayıb. Di Martsio Kriştianunun agenti Jorje Mendeşin artıq Turində olduğunu və tərəflərin danışıqları davam etdirdiyini bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.