İdman

Çempionlar Liqasında qrup mərhələsinin 3 iştirakçısı müəyyənləşdi

25 Avqust 2021 07:25
0 Şərh     Baxış: 1 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki,  ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

PSV Niderlandda Portuqaliyanın "Benfika" komandasının müqavimətini qırmağa çalışıb. Cavab görüşündə qol qeydə alınmayıb və ilk oyunda qalib gəlmiş "Benfika", qrupda oynamaq hüququ əldə edib. "Ludoqorets" Bolqarıstanda İsveç "Malmö"sü ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda qalib gəlsələr də, iki oyunun cəmində İsveç təmsilçisi güclü olub. "Ferentsvaroş" isə Macarıstanda İsveçrə "Yanq Boyz"u ilə üz-üzə gəlib. Cavab görüşündə də oxşar hesabla qalib gələn "Yanq Boyz" mərhələ adlayıb.

Bu mərhələnin qalan oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
24 avqust

PSV (Niderland) - "Benfika" (Portuqaliya) - 0:0
İlk oyun - 1:2

"Lüdoqorets" (Bolqarıstan) - "Malmö" (İsveç) - 2:1
Qollar: Nedyalkov, 10 (1:0), Birmançeviç, 42 (1:1), Sotiriou, 60 (2:1)
İlk oyun - 0:2

"Ferentsvaroş" (Macarıstan) - "Yanq Boyz" (İsveçrə) - 2:3
Qollar: Zesiqer, 4 (0:1), Uinqo, 18 (1:1), Veksei, 27 (2:1), Fassnaxt, 56 (2:2), Mambimbi, 90+3 (2:3)
İlk oyun - 2:3.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.