İdman

Fransa çempionatında kütləvi dava: Oyun yarımçıq dayandırıldı - VİDEO - FOTO

23 Avqust 2021 09:42
0 Şərh     Baxış: 1 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Liqa 1-nin "Nitsa" və "Marsel" arasında baş tutan III turunun matçı yarımçıq qalıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, matç zamanı azarkeşlər kütləvi şəkildə meydançaya qaçıblar və oyunçularla dalaşıblar. Münaqişə "Marsel"in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli azarkeşlər meydançaya axışıblar.

Matç oyunçularla azarkeşlərin kütləvi davasına görə dayandırılıb. "Get French Football News" bldirib ki, oyun davam etdirilməyəcək.

Qeyd edilir ki, "Marsel" futbolçuları meydançaya çıxmağı və oyunu davam etdirməyi istəməyiblər. Liqa 1-in reqlamentinə əsasən, komandanı 0:3 hesablı texniki məğlubiyyət gözləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.