İdman

Samir Abasovdan qələbə şərhi

22 Avqust 2021 22:57
0 Şərh     Baxış: 1 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oyuna aktiv yaxşı başladıq. Nəticə də ürəyimcədir".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Zirə"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

O, meydana buraxdığı gənc futbolçulardan razı qaldığını bildirib: "Yaxşı nəticə qazandıq. Buradan razı gedirik. Gənclər özlərini yaxşı göstərdilər. Bu yaxşı siqnaldır. Onları təbrik edirəm. Gənci buraxırsansa, qalib gələn komandanın bir parçası olurlar. Rəşad gözəl komanda qurub, onu təbrik etmək lazımdır. Biz ikinci qolu vurmasaydıq, bəlkə heç-heçə olardı. Üstünlüyümüz var idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.