İdman

Əminağa Quliyev ikiqat Avropa çempionu oldu

22 Avqust 2021 21:18
0 Şərh     Baxış: 1 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın Tampere şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı başa çatıb.

Çempionatın sonuncu günündə - avqustun 22-də 18-21 yaşadək gənclərin kumite yarışında Əminağa Quliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək ikiqat Avropa çempionu adını qazanıb.

Hüseyn Məmmədli (67 kq) və Mədinə Sadiqova (55 kq) isə bürünc medala sahib olublar.

Qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medala sahib olub.

Beləliklə, Avropa çempionatına 24 karateçi ilə qatılan komandamız 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.