İdman

Rafiq Hüseynov erməniyə qarşı – Tokio-2020

3 Avqust 2021 12:28
1 Şərh     Baxış: 2 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi bu gün ilk medalını qazana bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov bürünc mükafat uğrunda mübarizəni davam etdirir.

Yunan-Roma güləşi
3 avqust
77 kq

Bir gün əvvəl 1/4 finalda məğlub olmasına baxmayaraq, rəqibi finala qədər irəliləyən Rafiq Hüseynov bu gün təsəlliverici görüşə çıxıb. İkiqat Avropa çempionu tunisli Lamyed Maafi ilə üz-üzə gəlib. Qarşılaşma Hüseynovun tam üstünlüyü ilə (11:1) yekunlaşıb.

33 yaşlı idmançımız bürünc medal uğrunda ermənistanlı Karapet Çalyanla görüşəcək. Medal mübarizəsi Bakı vaxtı ilə 14:30-da start götürəcək.

Qeyd edək ki, güləşçilərimizdən İslam Abbasov (87 kq) və Elis Manolova (68 kq) Olimpiadanı medalsız tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.