İdman

"Yuventus"a görə "Real"dan imtina etdim"

28 İyul 2021 15:26
Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Turin təmsilçisi üçün "Real"ın təklifini rədd edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 2014-19-cu illərdə də "Yuventus"u çalışdırmış 53 yaşlı mütəxəssis kluba qayıtmaq istədiyinə görə Madrid təmsilçisindən imtina etdiyini bildirib:

"Real"ın prezidenti Florentino Peresə mənə belə şans verdiyi üçün təşəkkür edirəm. "Yuventus"a bəslədiyim sevgiyə görə bu klubu seçdim. Bu gənc komandaya güvənirəm. Onlara baş məşqçilik etmək çox əyləncəli olacaq. Amma ən vacib şey çempionluqdur.

Mənə təklif göndərən bütün klublara təşəkkür edirəm. Bir gün oyandım və Andrea Anyellidən (klub prezidenti) görüş təşkil edilməsini istədim. Geri qayıtmağıma kömək etdiyi üçün ona minnətdaram. İşsiz olanda çoxlu matç izləmişəm. Xüsusən də işsizliyimin 2-ci ilində".

Qeyd edək ki, Alleqri bu ilin mayın 28-də "Yuventus"a qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.