İdman

Qollini "Tottenhem"ə keçə bilər

19 İyul 2021 09:36
0 Şərh     Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Atalanta" futbol klubunun qapıçısı Pyerluidji Qollini İngiltərə "Tottenhem"ının oyunçusu ola bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Atalanta" 26 yaşlı qolkiperi 15 milyon avro müqabilində almaq hüququ olmaqla kirayə verib. Müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə geri qaytarma məcburi olacaq.

P.Qollini 2018-ci ildən "Atalanta"da oynayır. Daha əvvəl qapıçı İngiltərə klubları "Aston Villa" və "Mançester Yunayted", İtaliyanın "Verona" klublarında çıxış edib. Keçən mövsüm qapıçı "Atalanta" tərkibində müxtəlif turnirlərdə 32 matç keçirib, 32 qol buraxıb və 13 matçda hesabı sıfırda saxlaya bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.