İdman

Mahirdən dünənki oyunla bağlı açıqlama

18 İyul 2021 14:35
Baxış: 1 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oyundakı uğursuz penalti vuruşuna görə dünən gecə mənə yüzlərlə dəstək mesajı gəlib, müxtəlif sosial platformalardan minədək yerdə adım qeyd olunub".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin hücumçusu Mahir Emreli "Legiya"nın "Rakuv"a qarşı superkubok oyunu ilə əlaqədar İnstaqram paylaşımında bildirib.

Emreli 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub (1:1). Penaltilər seriyasında isə o, zərbəni dəqiq vura bilməyib. Yekun nəticədə "Legiya" penaltilərdə məğlub olub (3:4).

M.Emreli qeyd edib ki, dəstək mesajları onu ürəyini isidib: "Buna görə mən təşəkkür edirəm. Futbol inanılmaz oyundur. Komandama gözəl oyununa və dəstəyinə görə minnətdarlığımı bildirirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.