İdman

Cüdoçularımız Avropa Kubokuna 3 medalla başladı - FOTO

17 İyul 2021 23:44
0 Şərh     Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.

Turnirdə iki idmançımız - Qasım Vəlizadə və Rəşad Quluzadə gümüş medal qazanıblar. Belə ki, Qasım Vəlizadə (60 kq) finalda gürcü Giorgi Sardalaşviliyə məğlub olaraq gümüş medalla kifayətlənib.

Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Quluzadə isə finalda Niderland təmsilçisi Dilyan Van Der Kolk ilə üz-üzə gəlib. Cüdoçumuz həlledici mərhələdə məğlub olaraq ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb. Oğlanların yarışında ölkəmizi Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) təmsil edirlər. Qadın cüdoçularımızdan isə yarışda Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) mübarizə aparırlar.

Turnirə iyulun 18-də yekun vurulacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.