Avstriyada hazırlıq keçəcək "Qarabağ"ın təlim-məşq toplanışında üçüncü rəqibi məlum olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Qarabağ" iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"la qarşılaşacaq.
Ötən mövsümü 13-cü sırada başa vurmuş Auqsburq təmsilçisi ilə oyunun başlama saatı barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Ağdam komandası iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiya təmsilçisi "Arsenal"la (Tula) yoxlama oyunu keçirəcək.
Milli.Az