İdman

Messi yeni rekorda imza atdı - VİDEO

29 İyun 2021 13:09
1 Şərh     Baxış: 1 342
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisində yeni rekorda imza atıb. 

Milli.Az xəbər verir ki, 34 yaşlı hücumçu buna Amerika Kubokunda Boliviyaya qarşı keçirdikləri A qrupunun son matçında nail olub. 

Bu, Messinin yığmadakı 148-ci qarşılaşması kimi tarixə düşüb. Forvard 147 görüş keçirmiş Xavyer Maskeranonun rekordunu qırıb. 

Qeyd edək ki, oyun Argentina millisinin 4:1 hesablı qələbəsi ilə bitib. Komandanın iki qolunu Lionel Messi vurub. Argentina 1/4 finalda Ekvadorla üz-üzə gələcək. Görüş iyulun 4-də keçiriləcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.