AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya - İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Milli.Az matc.az-a istinadən bildirir ki, İspaniya yığmasının yarımmüdafiəçisi Serxio Buskets bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib.
Qeyd edək ki, Xorvatiya - İspaniya matçı 3:5 hesabıyla başa çatıb.
Milli.Az