İdman

Almaniya millisi məşqə çıxa bilmədi

26 İyun 2021 19:48
0 Şərh     Baxış: 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya millisi Avro-2020-nin 1/8 finalında İngiltərə ilə matç öncəsi "Uembli" stadionundakı məşqə çıxa bilməyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Lev Yens Qrittner açıqlama verib. Sözügedən arenada bu gün İtaliya - Avstriya matçı da oynanılacaq. Həmçinin İngiltərə yığması son 10 gün ərzində bu stadionda 3 matç keçirib. Qrittnerin sözlərinə görə yığmanın baş məşqçisi Yoahim Löv matçın oynanılacağı arenada məşq keçirməyi planlaşdırıb, lakin UEFA nümayəndəsi meydanı yükləməmək üçün hazırlığı ləğv edib:

"Həqiqətən də orada məşq etmək istəyərdik. Orada məşq etməyəcəyimiz xoşagəlməz xəbərdir. Çünki "Uembli" xüsusi stadiondur".

Qeyd edək ki. İngiltərə - Almaniya oyunu iyunun 29-u, Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.