İdman

Uels, Danimarka, Niderland və Çexiya - Bakı yolçuları

23 İyun 2021 22:35
Baxış: 1 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2020-nin 1/8 final mərhələsinin daha bir cütü bəlli olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qrup üçüncülərindən rəqibi bilinən ilk komanda Çexiyadır.

D qrupunda 3-cü yeri tutan komanda 1/8 finalda Niderlandla görüşəcək. Bu matç iyunun 27-də Budapeştdə təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu cütün qalibi iyulun 3-də Bakı Olimpiya Stadionuna 1/4 finalda meydana çıxacaq. Niderland - Çexiya cütünün qalibi bir gün öncə meydana çıxacaq Uels - Danimarka matçında bəlli olacaq.

Qeyd edək ki, Niderland və Danimarka heç vaxt Bakıda millimizə rəqib olmayıb və ilk dəfə ölkəmizə gələ bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.