İdman

Türkiyəli futbolçular Bakıda dalaşdı

21 İyun 2021 10:54
Baxış: 3 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AVRO-2020 ilə erkən vidalaşan Türkiyə yığmasının düşərgəsində İsveçrə ilə dünənki oyundan əvvəl gərginlik yaşanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  "ay-ulduzlular"ın Bakıdakı son məşqi zamanı iki futbolçu arasında dava düşüb.

Ön xətt oyunçuları Halil Dərvişoğlu ilə Enes Ünal bir epizodun ardından əlbəyaxa olublar. Lakin digər futbolçular cəld müdaxilə edərək, onları ayırıb. Halil onu sakitləşdirməyə çalışan Cengiz Ündərlə də mübahisəyə girişib. Buna qəzəblənən baş məşqçi Şenol Günəş həm Halili, həm də Enesi sərt şəkildə xəbərdarlıq edib. Hər iki futbolçu bu səbəbdən İsveçrə ilə qarşılaşmada meydana çıxmayıb.

Qeyd edək ki, yer aldığı A qrupunda İtaliya (0:3), Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olan Türkiyə millisi sonuncu yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.