İdman

Əməliyyat olunan Kristian Eriksen bu gün xəstəxanadan çıxacaq

18 İyun 2021 14:00
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarka millisinin futbolçusu Kristian Eriksen əməliyyat olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, AVRO-2020-nin Finlandiya ilə oyununda (0:1) huşunu itirən yarımmüdafiəçiyə implant kardioverter-defibrilyator yerləşdirilib.

Bu cihaz həyat üçün təhlükəli olan aritmiyaların aradan qaldırılmasına xidmət edir və ürək dayanmasının qarşısını alır. Həkimlər Eriksenin özünü yaxşı hiss etdiyini və artıq bu gün xəstəxanadan evə buraxılacağını açıqlayıb.

Qeyd edək ki, iyunun 12-də keçirilən matçın ilk yarısının sonlarında yerə yıxılan və ürəyi dayanan Eriksenə təcili tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.