Türkiyə-Uels oyununa azarkeşlər necə gedə bilər? - Nəqliyyat qrafiki
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar hazırlanan nəqliyyat planına əsasən Türkiyə-Uels görüşünə bilet alan azarkeşlərin daşınması da ekspres marşrutlar vasitəsilə yerinə yetiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən sayta bildirilib.
Plana uyğun olaraq X-1 marşrut xətti "Qara Qarayev" metrostansiyası yaxınlığında yerləşən "Sevinc" kinoteatırının önündən, X-2 marşrut xətti isə "28 May" metrostansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək.
İyunun 16-da oyun saat 20:00-da başladığı üçün həmin gün daşımalara saat 17:00-da başlanılacaq. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək.
Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq.
Daşımalar ödənişsiz həyata keçiriləcək.
Oyun bitdikdən sonra isə stadionun ictimai nəqliyyat terminalından təyin olunan məntəqələr üzrə daşımalar icra olunacaq. Azarkeşlər stadionu tərk edərkən şərq və şimal qapıları istiqamətində hərəkət edərək ictimai nəqliyyat terminalına gedə bilərlər. Burada onların daşınması üçün kifayət qədər nəqliyyat vasitəsi hazır vəziyyətdə saxlanılacaq.
Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Uels komandasının xaricdən gələn biletli azarkeşləri P21 xətti üzrə avtobuslarla Xəlil Rza Ulutürk küçəsi- "Dəniz Mall"un qarşısı və əks istiqamətdə daşınacaq.
Qardaş Türkiyə komandasının ölkəmizə gələn azarkeşləri isə P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətdə daşınacaq.
P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.
Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
XƏBƏR LENTİ
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Ağcabədidə ağır yol qəzası - İki qardaş öldü - (Foto)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto)
-
Rusiyanın itkiləri yeniləndi





