İdman

Futbol üzrə Avropa çempionatı start götürdü: İtaliya Türkiyə ilə qarşılaşır

11 İyun 2021 23:10
Baxış: 1 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın paytaxtı Romada AVRO-2020 futbol üzrə Avropa çempionatı başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, turnirin ilk matçında A qrupunda mübarizə aparan İtaliya və Türkiyə qarşılaşır.

Qeyd edək ki, A qrupunun daha 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu iyunun 12-də İsveçrə-Uels, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.