İdman

Tanınmış qolkiper qəfil ürək tutmasından öldü

5 İyun 2021 14:18
Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Arsenal", "Vest Bromviç Albion" və digər Premyer Liqa klublarında çıxış etmiş qapıçı Alan Miller 51 yaşında qəfil ürək tutmasından vəfat edib.

Bu barədə "Vest Bromviç Albion" klubunun rəsmi saytı məlumat verib.

"Bu acı günlərdə düşüncələrimiz Alanın ailəsinin və dostlarının yanındadır. Ruhun şad olsun", - "Vest Bromviç Albion" klubunun yaydığı açıqlamada qeyd olunur.

Qeyd edək ki, Alan Miller "Arsenal" klubunun yetirməsi olub. Qolkiper peşəkar karyerasına 1988-ci ildə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.