İdman

Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

4 İyun 2021 17:38
Baxış: 1 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan boksçusu Lorenzo Sotomayor Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016-nın gümüş medalçısı Sebastian Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb.

Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən yarışda erməni əsilli rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında Dmitri Qalaqota (Moldova) qalib gəlib. Yarış bu gün bərpa olunub. Lorenzonun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.

Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə Yelizaveta Vojçikə (Polşa) uduzub.

Qeyd edək ki, bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.