İdman

Cüneyt Çakırın Avro-2020-də ilk matçı

13 İyun 2021 19:09
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin FİFA dərəcəli referisi Cüneyt Çakırın Avro-2020-nin final mərhələsində idarə edəcəyi ilk oyun məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Macarıstan - Portuqaliya matçının baş hakimi olacaq. Çakıra yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şkarer yerinə yetirəcək.
 
Qeyd edək ki, iyunun 15-i keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.