İdman

"Fənərbağça" çempion olan baş məşqçini gətirir

30 May 2021 11:22
Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça" "Lill"in sabiq baş məşqçisi Kristof Qaltye ilə əlaqəyə keçib.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, gələn mövsüm üçün baş məşqçi axtarışında olan "sarı-lacivərtlər" fransalı mütəxəssisi hədəfə alıb. Klubun "Lill"dən ayrılacağını açıqlayan 54 yaşlı çalışdırıcı ilə danışıqlar apardığı bildirilir. Qaltye ilə "Nitsa" klubu da yaxından maraqlanır.

Bundan əlavə, prezident Ali Koçun "Lill"in çempionluğa daşıyan heyəti quran və 6 ay əvvəl idman direktoru vəzifəsindən istefa verən Luis Komposla görüş keçirdiyi, hər ikisini "Fənərbağça"ya gətirməyi planlaşdırdığı qeyd olunur. 

Xatırladaq ki, "Lill" 2020-21 mövsümü üzrə Fransa çempionu olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.