İdman

Monroz "Neftçi"dən ayrıla bilər

23 May 2021 20:35
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan çempionu olan "Neftçi" daha bir futbolçusu ilə yollarını ayıra bilər.

Milli.Az matc.az-a istinadən bildirir ki, paytaxt təmsilçisinin hücumçusu Stiven Jozef Monrozun komandadan ayrılmaq ehtimalı yaranıb.

Məsələ burasındadır ki, rəhbərlik fransalı hücumçunun maaşını azaltmaq istəyir. Amma 30 yaşlı futbolçu bununla razılaşmır. Əldə etdiyimiz məlumata görə, onun illik maaşı 250 min avrodur. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, müqaviləyə xitam veriləcək.
 
Qeyd edək ki, "Neftçi" yeni hücumçu da axtarır. Paytaxt klubu başqa hücumçu tapsa, Monrozla yollarını ayıracaq.
 
Azərbaycanda "Qəbələ"də də oynamış Monroz, 2019-cu ildən "Neftçi"nin uğurları üçün çalışır. O, bu mövsüm Premyer Liqada 15 oyuna çıxıb, 2 qolla yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.