Azarkeşləri "Atletiko"nun çempionluğunu qeyd edərkən faciə baş verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madridin mərkəzində hərəkət edən avtobusun pəncərəsindən başını çıxaran 14 yaşlı fanat divara çırpılıb.
Hadisə zamanı yeniyetmə azarkeşin ailəsi və dostları da yanında olub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, ötən gün La Liqanın sonuncu turunda səfərdə "Valyadolid"ə 2:1 hesabı ilə qalib gələn Madrid klubu 11-ci çempionluğunu qazanıb.
Milli.Az