İdman

Karyerasını bitirəcəyi tarix bilindi

21 May 2021 16:10
Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uels millisinin hücumçusu Qaret Beyl karyerasını başa vurmağa hazırlaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bunun üçün gələn il keçiriləcək dünya çempionatını gözləyir.

Hazırda icarə əsasında "Tottenhem"də çıxış edən və gələn ay müqavilə ilə məxsus olduğu "Real"a dönəcək 31 yaşlı oyunçu daha bir il "kral klubu"nda oynadıqdan sonra gələn ilin yayında futboldan getmək niyyətindədir. Beyl DÇ-2022-yə vəsiqə qazanacaqları təqdirdə son dəfə böyük turnirə qatılacaq.

Qeyd edək ki, Qaret Beyl bu mövsüm Premyer Liqada keçirdiyi 19 oyunda 9 qol vurub, 2 assist edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.