İdman

“Milan” “İnter”in rekordunu təkrarlayıb

13 May 2021 11:59
Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya A seriyasının XXXVI turunda "Torino"nun qonağı olan "Milan" 7:0 hesablı qələbə qazanıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, bu qalibiyyət "rossonyerlər" üçün əlamətdar olub.

Komanda cari mövsüm 15-ci səfər qələbəsi əldə edərək, şəhərin digər təmsilçisi "İnter"ə məxsus rekordu təkrarlayıb. "Neradzurra" 2006/07 mövsümündə eyni göstəriciyə imza atıb. Ancaq "Milan"ın rekordu yeniləmək imkanı da var. Çünki Stefano Piolinin yetirmələrinin "Atalanta" ilə bir səfər görüşü qalır.

Qeyd edək ki, "Milan" sona iki tur qalmış 75 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.