İdman

Millimizin hücumçusu mövsümün rəmzi komandasında

12 May 2021 20:35
Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Ukrana Premyer Liqasında 2020/21 mövsümünün rəmzi komandası açıqlanıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, "Minay"da çıxış edən Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev də simvolik "11-lik"də yer alıb.

25 yaşlı futbolçu başa çatan mövsümdə Premyer Liqada 22 oyuna çıxıb, 10 qola imza atıb. O, komandasının geridə qalan mövsümdəki ən məhsuldar futbolçusu olub.
 
Onu da bildirək ki, "Minay" turnir cədvəlində sonuncu yeri tutaraq Premyer Liqada debüt mövsümündəcə aşağı liqaya düşüb. Bu üzdən də Nuriyevin bu yay karyerasını başqa klubda davam etdirməsi ehtimalı da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.