İdman

Buffon "Yuventus"dan niyə ayrılır?

12 May 2021 16:17
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un qapıçısı Canluici Buffonun klubdan ayrılmaq qərarına gəlməsinin səbəbi məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 43 yaşlı qolkiperin komandanı tərk etmək istəməsinə baş məşqçi Andrea Pirlo ilə münasibətləri də təsir edib. Buffonla Pirlo birgə 2006-cı il dünya kubokunu qazanan yaxın dostlardır. Qapıçı 42 yaşlı mütəxəssisin ona daha çox oyun şansı verəcəyini və komandaya fəal təsir edə biləcəyini düşünürdü. Lakin Pirlo Turin klubunun digər qolkiperi Voyçex Şesniyə daha çox güvənir.

Qeyd edək ki, Buffon ötən gün verdiyi açıqlamada bu mövsümün sonunda klubdan ayrılacağını bildirin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.