İdman

“Bavariya” 31-ci dəfə Almaniya çempionu oldu

8 May 2021 20:00
Baxış: 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Bundesliqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Bavariya" tarixində 31-ci, ardıcıl isə 9-cu dəfə çempion tituluna yiyələnib.

Münhen təmsilçisi bu uğura XXXII turda nail olub. Hans Diter Flikin yetirmələri meydana çıxmadan qızıl medalları təmin edib.

Liderin ən yaxın izləyicisi "Leypsiq" Dortmund səfərindən xalsız dönüb. Qonaqlar oyunun gedişində iki top fərqini aradan qaldırsa da, sonda "Borussiya"ya uduzublar - 2:3. Bu, "Bavariya"nı Leypsiqin eyniadlı təmsilçisi üçün əlçatmaz edib.

Münhenlilər 31 oyundan sonra 71 xala malikdir. "Bavariya" cəmi iki oyunu qalan "Leypsiq"i 7 xal qabaqlayır.

Qeyd edək ki, "Bavariya" bu gün keçiriləcək matçda Mönhenqladbax "Borussiya"sını qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory