İdman

"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının finalında

5 May 2021 06:30
Baxış: 2 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin "Mançester Siti" futbol klubu öz meydanında Fransanın PSJ klubunu qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun meydan sahibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Riyad Mahrez (11 və 63-cü dəqiqələr) vurub.

İlk oyunda da rəqibini məğlub edən (2:1) "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb.

Qeyd edək ki, finalın ikinci iştirakçısı sabah bəlli olacaq. İngiltərənin "Çelsi" klubu cavab qarşılaşmasında İspaniyanın "Real" (Madrid) klubunu qəbul edəcək. Madriddə keçirilən ilk oyun 1:1 hesabı ilə bitmişdi.

UEFA Çempionlar Liqasının finalı mayın 29-u İstanbulda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.