İdman

Meyvezer rinqə qayıdıb aktyorla döyüşəcək

28 Aprel 2021 18:02
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Boks üzrə beş ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer yenidən rinqə qayıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 44 yaşlı idmançı Pol Loqanla qarşılaşacaq. Xüsusi təşkil olunan döyüş iyunun 6-da, Mayamidəki "Hard Rock" stadionunun rinqində keçiriləcək.

Pol Loqan boksçu, videobloqer, şoumen və aktyordur.

Meyvezer sonuncu dəfə 2018-ci ildə yaponiyalı Tensin Nasukava ilə döyüşmüş və ilk raundda nokautla qələbə qazanmışdı. Floyd karyerası ərzində çıxdığı 50 döyüşü qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.