İdman

Avropa Superliqası rəsmən dayandırıldı

21 Aprel 2021 09:34
Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə yaradılan Avropa Superliqası layihəsi yenidən nəzərdən keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi təşkilata istinadən bildirib. Belə qərar verilməsinə səbəb İngiltərənin 6 klubunun yarışdan çıxmasıdır. Məlumatda qeyd olunub:

"Mövcud şərtləri nəzərə alaraq layihəni dəyişdirmək üçün ən uyğun addımları nəzərdən keçirməliyik. İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, biz təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik".

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Arsenal", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" Superliqadan çıxdıqlarını elan ediblər. "Sky Sport"un məlumatına görə isə tezliklə "Milan" və "İnter" də turniri tərk edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.