İdman

Üç şəhər AVRO-2020-dən məhrum edilə bilər

20 Aprel 2021 08:18
Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Münhen, Bilbao və Dublin futbol üzrə Avropa Çempionatı oyunlarının təşkili hüququndan məhrum edilə bilər.

Sports.ru xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin bildirib.  

O, əlavə edib ki, məsələ ilə bağlı yekun qərar cumə günü qəbul ediləcək.

Qeyd edək ki, AVRO-2020-nin 12 şəhərdə keçirilməsi nəzərdə tutulub. Lakin üç şəhər koronavirus pandemiyası səbəbindən stadionlara izləyicilərin buraxılması ilə bağlı UEFA-ya təminat verə bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.