"Millinin imicini qorumaq üçün qələbə qazanmalıyıq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu Slovakiya yığmasına qarşı keçirəcək Azərbaycan millisi dünən gec saatlarda Levice şəhərinə çatıb.
Milli.Az xəbər verir ki, komandamız oyunöncəsi son məşqini bu gün yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 18:00) keçirəcək. Millinin üzvü Ramiz Çovdarov azfutzal.az-a açıqlamasında həm komandadakı ab-havanı dəyərləndirib, həm də rəqib haqda danışıb:
"Komandada əhval-ruhiyyə yaxşıdır. Oyuna demək olar, tam hazırıq. Dünən gecə saatlarında oyunun keçiriləcəyi Levice şəhərinə çatdıq və bu gün axşam saatlarında oyunöncəsi son məşqimizə çıxacağıq. Heyətimizdə ciddi itkilər var. Rafael Vilela, Vassoura, Hadi Ahmadi və Bolinha bu oyunda bizə kömək edə bilməyəcəklər. Komandamız üçün bu qədər futzalçının eyni vaxtda zədələnməsi itki hesab olunur. Əsas da "stolb" oyunçumuz azdır. Hazırkı heyətdə ancaq Xətai Bağırov bu mövqedə çıxış edir. Ona görə də taktiki planda dəyişikliklərin olacağı istisna edilmir. Çalışacağıq ki, onların yoxluğu oyunumuza və yekunda nəticəyə təsir etməsin.
Final mərhələsinə vəsiqəni təmin etmişik, amma tapşırığımız yekunlaşmayıb. Həm liderliyi təmin etmək baxımından, həm də reytinq xalları qazanmaq və millinin imicini qorumaq üçün qələbə qazanmalıyıq.
Rəqibin əsas "silah"ı Drahovskidir. Oyunu onun üzərində qururlar. Məncə, ona oynamağa imkan verməsək, əsas təhlükənin qarşısını almış olacağıq. İlk işimiz isə baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirmək, oyunumuzu ortaya qoymaqdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto/Video)
-
İstanbulda avtobusu su basdı - Sərnişin dama çıxdı - (Video)
-
Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi - (Foto)
-
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
-
Bakıda məktəb mühafizəçisinə hücum edilib, başı yarılıb
-
Bakıda məktəbə hücum edilib, xəsarət alanlar var - (Video)
-
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb - (Video)
-
"Nursema" yenidən "Kızılcık şerbeti"ndə - (Foto)
-
FTB rəhbəri Rusiyaya səfər edib
-
Karta köçürmələrdə yeni xidmət haqqı tutulacaq - (Video)
-
Antonio Konte "Mançester Yunayted"in yeni baş məşqçisi olacaq





