İdman

Məşhur futbolçu belə HƏBS EDİLDİ - VİDEO

2 Aprel 2021 19:50
Baxış: 1 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiya yığmasının və İtaliyanın "İnter" klubunun sabiq futbolçusu Freddi Quarin həbs olunub.

Milli.Az "BluRadio Colombia"ya istinadən məlumatına görə, səbəb kimi yarımmüdafiəçinin qohumlarına hücum etməsi göstərilib. Hadisə ötən gün səhər saatlarında baş verib. Polis 34 yaşlı oyunçunu əlləri qanlı vəziyyətdə saxlayıb. Quarin Enviqado şəhər xəstəxanasında nəzarət altında müalicə olunur.

Onun hazırda çıxış etdiyi "Milyonarios" klubu insidentlə əlaqədar təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Freddi Quarin ən böyük uğurlarına ikiqat Portuqaliya çempionu, ölkə kubokunun üçqat qalibi, Superkubokun sahibi olduğu və Avropa Liqasını qazandığı "Portu"da imza atıb. Kolumbiya yığmasında 58 oyun keçirmiş Quarin "Milyonarios"a bu ilin yanvarında transfer olub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.