Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycanın daha 2 idmançısı mübarizəyə başlayır. 81 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev 1/16 finalda Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepiyen (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki Zelim Tçkayev isə 1/32 finalda Fetra Ratsimiziva (Madaqaskar) ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal əldə edib. 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.
Milli.Az