İdman

Daha bir cüdoçumuzdan bürünc medal

27 Mart 2021 19:57
Baxış: 858
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan cüdoçusu Murad Fətiyev Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Antuan Valya-Fortye (Kanada) ilə üz-üzə gəlməli idi.

Rəqib görüşə çıxmadığı üçün Fətiyev qalib elan olunub.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal əldə edib. Onun da rəqibi qarşılaşmaya çıxmamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.