İdman

"Qalatasaray" "Fənərbağça"nın sabiq futbolçusunu transfer edir

25 Mart 2021 18:54
Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasında çempionluq yarışını davam etdirən "Qalatasaray" növbəti mövsüm üçün heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Musleranın zədədən qayıtması ilə "cim-bom"un ona əvəzləyici kimi gətirdiyi Fatih Öztürk yenidən ehtiyatda qalıb.

Lakin İstanbul təmsilçisi Musleranın da performansından narazıdır. Uruqvaylı qolkiper son olaraq, 31-ci turda "Rizespor" məğlubiyyətində xeyli səhvlə yadda qalmışdı.

"Sabah" nəşrində yer alan xəbərə görə, "Qalatasaray" "Fənərbağça"nın keçmiş qapıçısı Tarık Çetini heyətinə qatmağı planlaşdırır. 

Hazırda "Çaykur Rizespor"da forma geyinən 24 yaşlı qapıçı yayda "sarı-qırmızılar"ın sıralarına qoşula bilər.

Qeyd edək ki, Tarık Çetin 2018-2019-cu illər aralığında "Fənərbağça"da çıxış edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.