İdman

Messi Kasilyası da geridə qoydu

22 Mart 2021 13:48
Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasının 28-ci turunda "Real Sosyedad"la keçirilən oyunda (6:1) "Barselona"nın kapitanı Lionel Messi daha bir rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, La Liqada 511-ci matçına çıxan argentinalı hücumçu "Real"ın sabiq qapıçısı İker Kasilyasın rekorunu qırıb. İspaniyalı qolkiper çempionatda 510 oyun keçirib.

Messi bu göstərici ilə 7-ci sıraya yüksəlib. İlk pillədə "Barselona"nın keçmiş qapıçısı Andoni Subisarreta qərarlaşıb.

Xatırladaq ki, Messi sözügedən görüşdə "Barsa"nın heyətində 768-ci oyununa çıxmaqla komandanın keçmiş kapitanı Xavi Ernandesin rekordunu da qırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.